Çöl reklamı nümunələri ilə çoxları tanışdır sadəcə bəzən bunlar düzgün tətbiq olunmur və effekt vermir. Sonda da `reklama xərclənən pul boşunadır` nəticəsinə gəlinir. Əsas reklam məhsulları kimi sadı baner, vinil çapı ilə yanaşı roll up, avtomobillərin brendlənməsi, lightbox, brandwall, pop up, pilon,  billboard, işıqlı qabarıq hərflər, fərqli forma və kəsimlərdə reklam lövhələri və s təqdim olunur. Bu kimi reklam məhsullarının biznesin inkişafında roluna və tətbiqinə gəldikdə isə sizə çeşidli tövsiyələr edə bilərik:

  • İnsanların diqqətini çəkəcək dizayn və ölçüdə yol kənarında yerləşdirilən İŞIQLI REKLAM LÖVHƏSİ,
  • Tədbir zalının, ticarət mərkəzinin girişinə yerləşdirilən ROLL UP,
  • Mağazanın şüşələrinə əks olunmuş endirim kampaniyası yazısı - VİNİL,

  • Yollarda səyahət edən sizin reklamı üzərində daşıyan Brendlənmiş avtomobil,

  • Məhsul təqdimatı zamanı istifadə olunan Brendlənmiş PROMO TABLE.

Çöl reklamının üstünlükləri kimi :

- Uzun müddətli istifadə 

- Geniş kütləyə xitab (billboard, pilon, reklam ad lövhəsi və s)

- Müxtəlif formalarda və fərqli məkanlarda yerləşdirmə imkanı (dayanacaq, avtomobil üzərində, yol kənarı və s)


Mənfi cəhətləri:

- Hava şəraitindən asılılığı (müəyyən növlərə aiddir)

- Effektin dəqiq ölçülə bilməməsi

- Yüksək xərc tələb etməsi.
Əlbəttə ki, məhsul çeşidinə görə bu üstünlük və mənfi cəhətlər fərqlilik göstərə bilər.