UV çap nədir və necə tətbiq olunur?

Ultraviolet çap - Ultraviolet işıqları ilə yayılmış mürəkkəbin qurudulması nəticəsində formalaşan çap üsuludur. 
Müxtəlif material və teksturada əşyaların, kağızların, şüşələrin və s üzərinə çap etmək imkanına malikdir. 

Bu da imkan verir ki, müxtəlif hədiyyəlik suvenirlərin, dəmir və ya şüşə lövhələrin, köynək və parça materialların üzərinə istənilən şəkil, logo və ya yazı həkk etmək daha rahat olsun. 

Çap üsulu trafaret çapı ilə bənzəsə də üstün cəhəti tam rəngli çapların,şəkil formatda dizaynların asanlıqla hazırlanmasıdır. 

Son zamanların trendinə çevrilmiş UV vizitkartlar də bu işin əsəridir.
Bəs UV vizitkart özəlliyi nədir ? Bu növ vizitkartlarda logonu qabarıq və tam rəngli etmək eyni zamanda material olaraq istənilən qalınlıqda kağız, metal, plastik və s seçmək mümkündür.