Poliqrafiya - sənayesi çap məhsullarının istehsalı sahəsidir. Poliqrafiya məhsullarının istehsal olunduğu müəssisə isə mətbəə adlanır. Adətən, poliqrafiya məhsullarının istehsalı zamanı 2 çap vasitəsindən istifadə olunur: 


- Ofset üsulla çap; 

- Rəqəmsal çap. 


Bu iki çap üsulunun arasındakı fərqləri nəzərdən keçirək. Qeyd edək ki, eyni məhsulu hər iki üsulla çap etmək mümkündür. Ancaq iqtisadi baxımdan faydalı olması səbəbindən hər iki çap üsulu fərqlənir. Ofset üsulla çap zamanı çap olunacaq məhsul çapdan öncə bir neçə hazırlıq mərhələsindən keçməlidir. Bu cür çap ofset çap maşınları vasitəsilə həyata keçirilir və kimyəvi madddələr,  lazerlə işlənmiş, nazik dəmirə köçürülmüş təsvirlər çap maşınına verilir. Bütün tirajın çapı üçün ən azı 4 belə dəmir vərəq tələb olunur.