Promo - məhsullar şirkətin inkişaf tempinə təsir edə biləcək marketinq strategiyasının vacib hissəsidir. Fəaliyyət istiqamətindən asılı olmayaraq şirkətlər öz brendlərini geniş auditoriyaya tanıtmaq məqsədi ilə bu strategiyanı tətbiq edir. Onlar bu məqsədlə promo aksiyalar keçirirək üzərinə şirkətin atributları loqo və sloqan həkk olunmuş məhsulları istehlakçı kütləsinə təqdim edirlər. 

Şirkətin brendinə daha çox diqqəti cəlb etmək xarakteri daşıyan bu prosesin nəticəsi şirkətin imicin formalaşmasına və gəlirlərin artmasına səbəb olur.